Rusiyalı ekspert: “Ermənistanın inkişaf etmiş demokratiyaya malik ölkələr sırasında yer alması təəccüb doğurur”

“Amerika Birləşmiş Ştatları tərəfindən çağırılan “Demokratiya uğrunda sammit”də iştirak edəcək ölkələrin siyahısı bir çox beynəlxalq strukturlarda dominant mövqeyini itirdiyini dərk edən Vaşinqtonun yeni strukturlar formalaşdırmağa başlaması ilə bağlı bəzi dünya siyasətçilərinin və ekspertlərinin proqnozlarını təsdiqləmiş oldu. ABŞ dominant mövqeyini itirmiş strukturlara alternativ və yenidən tamamilə öz nəzarətində olan strukturlar formalaşdırmağa başlayıb” - bunu rusiyalı siyasi ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, daha əvvəl meydana gələn AUKUS da (Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik paktı - red.) bu prosesin tərkib hissəsidir: “İndi növbə “Demokratiya uğrunda sammit”dədir, ondan sonra gözlənildiyi kimi, BMT-yə alternativ strukturun yaradılması elan ediləcək”.

Rusiyalı ekspert “Demokratiya uğrunda sammit”in iştirakçılarının siyahısından da danışıb: “Siyahıda Afrika qitəsində demokratiyanın az qala söyüş olduğu, hərbi çevrilişlərin məhsul yığımından daha çox baş verdiyi xeyli sayda dövlətə rast gəlinir. 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyəti ələ keçirdiyi Ermənistanın inkişaf etmiş demokratiyaya malik ölkələr sırasında yer alması da təəccüb doğurur. Paşinyanın dövründə keçirilən bütün seçkilər heç bir tənqidə tab gətirməyib. Ölkədə keçmiş prezidentlərin və digər müxalif siyasətçilərin cinayət təqibi gizlədilmir. Sammitə dəvət olunan ölkələr Gürcüstanda keçmiş prezident Saakaşvilinin həbsxanada aclıq elan etməsinə görə indiki rəhbərliyi birmənalı başa düşməyəcəklər. Nəzərinizə çatdırım ki, həmin Co Bayden Administrasiyasının nümayəndələri Saakaşvilinin azad olunmasını tələb edir. “Demokratiya ABŞ-ın Demokrat Partiyasının diktaturasıdır” zarafatını xatırlamamaq mümkün deyil. ABŞ-ın keçmiş Prezidenti Donald Trampa və respublikaçılara qarşı bu günə qədər müşahidə olunan repressiyalar Ağ Evin yeni sahibi Co Baydenin və komandasının yeni versiya demokratiya anlayışını aydın göstərdi. Belə çıxır ki, “Demokratiya uğrunda sammit”ə dəvət olunan ölkələr ABŞ-ın “demokratik dəyərləri”ni bölüşən ölkələrdir. Klassik demokratiya tərəfdarı olan ölkələr isə dəvətə layiq görülməyib”.

Qeyd edək ki, C. Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da “Demokratiya uğrunda sammit” keçiriləcək.

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR