BAKU Azərbaycan
17.03 °C

Ceyhun Bayramov Parisdə tacikistanlı həmkarı ilə görüşüb

10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.