Apteklərdə lisenziyasız göz müayinəsi aparanları nə gözləyir?

Aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Aptek təşkilatlarının rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər.

Analitik Ekspertiza Mərkəzinin məlumatına əsasən, aptek təşkilatlarında optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.

"Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.

Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir".

AEM xəbərdarlıq edib ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

"Qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər",- deyə əlavə edilib.

SON XƏBƏRLƏR

Apteklərdə lisenziyasız göz müayinəsi aparanları nə gözləyir?

Bu 3 ayda doğulan insanlar təklikdə daha xoşbəxt olur

Limonlu çayı hər gün içmək orqanizmə necə təsir edir?

Plovun dənəvər alınması üçün yol verilən əsas səhvlər

Aqşin Fatehin daha bir restoranı bağlandı

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

Prezident İlham Əliyev Trampa təşəkkür edib

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib

ADY-nin Müşahidə Şurasına yeni üzv təyin olundu

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

"ASAN xidmət" və IDEA “Bir arzu, bir fidan” layihəsini reallaşdırıb

Pirotexniki vasitələr aşkar edilib

Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb

YAP-ın müasir siyasi strategiyası və Azərbaycanın gələcək inkişaf prioritetləri

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

BÜTÜN XƏBƏRLƏR