TƏBİB-in dəstəyi ilə pasiyent təhlükəsizliyi və müasir tibbi yanaşmalar müzakirə olunub

Yeni Klinikada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,  TƏBİB-in dəstəyi, Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə “Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair” mövzusunda elmi konfrans təşkil olunub.

Eyni zamanda “Azərbaycan Revmatoloqlar Assosiasiyası” İctimai Birliyinin, Daxili Xəstəliklər Dərnəyinin, Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyasının, "Azərbaycan Hematologiya Mütəxəssislər" İctimai Birliyinin, "Azərbaycan Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin "Azərbaycan Tibb Bacıları Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə keçirilən konfransda dövlət qurumlarının nümayəndələri, ölkənin müxtəlif tibb müəssisələrində çalışan həkim-mütəxəssislər, tibb işçiləri, səhiyyə təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransın əsas məqsədi pasiyent təhlükəsizliyinin təmin olunması, müasir müalicə metodlarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin müxtəlif ixtisas sahələri üzrə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin təşviq edilməsi olub.

Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz Allahverdiyeva çıxış ediblər.

Çıxışlar zamanı ölkədə səhiyyə sisteminin inkişafında pasiyent təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir diaqnostika və müalicə üsullarının tətbiqi, eləcə də pasiyent məmnuniyyətinin yüksəldilməsi səhiyyə siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Səhiyyə müəssisələrində təhlükəsizlik standartlarının gücləndirilməsi, tibbi personalın davamlı təlim və peşəkar inkişafının təmin olunması, eləcə də multidissiplinar yanaşmanın tətbiqinin pasiyentlərin daha təhlükəsiz və effektiv müalicəsinə imkan yaratdığını qeyd ediblər. Həmçinin səhiyyə sahəsində dövlət qurumları, tibb müəssisələri, pasiyent təşkilatları və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İki gün davam edən konfrans çərçivəsində səhiyyənin müxtəlif sahələrini əhatə edən panel sessiyaları təşkil olunub. Panel müzakirələrində terapiya, nevrologiya, nefrologiya, hematologiya, revmatologiya, laboratoriya işi, endokrinologiya və pediatriya sahələri üzrə aktual mövzulara toxunulub, müasir diaqnostika və müalicə yanaşmaları təqdim edilib.

Sessiyalar zamanı pasiyent təhlükəsizliyinin artırılması, klinik qərarların qəbulunda sübutlara əsaslanan tibbin rolu, xəstəliklərin erkən diaqnostikası, multidisiplinar yanaşmanın əhəmiyyəti, həmçinin klinik praktikada innovativ texnologiyaların tətbiqi kimi mövzular geniş müzakirə olunub. Mütəxəssislər tərəfindən təqdim olunan məruzələr və klinik təcrübəyə əsaslanan çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv formada baş tutan konfrans zamanı iştirakçılar arasında geniş müzakirələr aparılıb, mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib və qarşılıqlı təcrübə paylaşımı üçün faydalı platforma formalaşıb.

                   

SON XƏBƏRLƏR

ETSN-də qanvermə aksiyası keçirilib

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

BÜTÜN XƏBƏRLƏR