Yeni Klinika sosial təşəbbüslərdə fəal iştirak edir -Barat Yusubov

2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə Yeni Klinika, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Yeni Klinika Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində görüş təşkil olunub.

“Gələcək Bizik” adlı sosial layihə çərçivəsində baş tutan görüşdə Yeni Klinikanın rəhbərliyi, tibb və qeyri-tibb heyəti iştirak edib. 

Tədbirin əsas məqsədi gənclərə, həssas sosial qruplara tibbi və mənəvi dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının təşviqi, eyni zamanda sosial məsuliyyət dəyərlərinin təbliği olub.

Görüş zamanı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə təşkilat üçün təsis edilən binanın açılış mərasiminin 2025-ci ilin mart ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə keçirildiyini diqqətə çatdırıb. O, həssas qrupdan olan və valideyn himayəsindən məhrum, zorakılığa məruz qalmış uşaqların dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

K.Ağazadə sığınacaqda zorakılığa məruz qalmış 50-yə yaxın uşağın reabilitasiya prosesindən keçdiyini qeyd edərək, göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O, bu kimi görüşlərin uşaqların psixoloji rifahına, həmçinin onların gələcəyə inamının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. 

Görüşdə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, Yeni Klinika yalnız yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə kifayətlənmir, eyni zamanda sosial təşəbbüslərdə fəal iştirak etməyi və gənclərin inkişafına töhfə verməyi prioritet istiqamət kimi müəyyən edib. 

Direktor uşaqların sağlam, savadlı və sosial baxımdan aktiv yetişməsinin cəmiyyətin əsas vəzifələrindən biri olduğunu qeyd edib. 

Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva sığınacaqda yaşayan qadınların və uşaqların tibbi müayinələrinin həyata keçirilməsi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını bildirib. 

Görüş zamanı həmçinin gələcək əməkdaşlıq imkanları, o cümlədən ilkin tibbi yardım üzrə maarifləndirici təlimlərin təşkili məsələləri müzakirə olunub. 

Tədbirin sonunda Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin sakinlərinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

                             

SON XƏBƏRLƏR

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BÜTÜN XƏBƏRLƏR