Əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb

Keçən il Azərbaycan əhalisinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb.

Gazette.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb:

"İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb. 2025-ci ilin ilk 9 ayı ərzində isə göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir. Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox istifadə etdiyi xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekolojidir. Ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır".

Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə artır:

"Keçən il özəl xəstəxanalarda göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 % artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib".

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR