“Təməl Həyat Dəstəyi” mövzusunda təlimlər keçirilib

Bakı Baş Səhiyyə Mərkəzində “Təməl Həyat Dəstəyi” mövzusunda təlimlər keçirilib. Təlimlərə Mərkəzin tabeliyində olan bütün tibb müəssisələrinin Təcili yardım üzrə məsul şəxsləri cəlb edilib. BBSM-in İnsan resursları və hüquq departamentinin Təlim və inkişaf şöbəsinin müdiri Nərgiz Bağırova tərəfindən keçirilən təlimlərdə 47 tibb müəssisəsi üzrə 90-dan çox əməkdaş iştirak edib.

Təlimin əvvəlində iştirakçılara pre-testlər təqdim olunub. Təlim həm nəzəri, həm də praktiki formada beynəlxalq protokollara uyğun olaraq keçirilib. Təlim iştirakçıları CRP (kardiopulmonal reanimasiya), hava yollarının açılması kimi həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi və daha təkmil tibbi yardım briqadası gələnədək həyati vacib ilkin tibbi yardım tədbirlərinin görülməsinə dair bilik və bacarıqlara yiyələniblər.

Təlimlərin sonunda təlim iştirakçılarının mənimsənilən bilik və bacarıqları test üsulu ilə qiymətləndirilib.

“Təməl Həyat Dəstəyi” mövzusunda keçirilən təlimlərə BBSM-in bütün tibb müəssisələrinin əməkdaşlarının cəlb olunacağı nəzərdə tutulub.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR