Yeni Klinikadayeni növbə sistemi nə vaxtdan tətbiq olunacaq?

Yeni Klinikanın direktoru Barat Yusubov klinikada gələn il istifadəyə verilməsi nəzərdə tutulan təkmilləşdirilmiş elektron növbə sistemi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Klinikada yeni növbə sistemi nə vaxtdan tətbiq olunacaq?

- Səhiyyənin rəqəmsallaşdırılması və texnoloji həllərin tətbiqi bizim üçün strateji prioritetlər sırasındadır. Yeni Klinikada həyata keçirilən yeniliklər nəticəsində rəqəmsallaşma proseslərinin gücləndirilməsi, innovativ sistemlərin tətbiqi, vahid məlumat bazasının optimallaşdırılması və onlayn növbə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunub.Hazırda tibb müəssisələrinə müraciət edən vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır. Bilirsiniz ki, onlayn növbə sistemi dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada tətbiq olunub. Bu sistem tibb müəssisəmizdə 2023-cü ilin dekabr ayından etibarən pilot layihə şəkilində işləyir. Bu dövr ərzində təkmilləşdirmə işləri aparılıb, bir sıra qüsurlar, çatışmazlıqlar analiz edilib və daha unversal bir sistem formalaşdırılıb. Deyərdim ki, təkmilləşdirilmiş yeni növbə sistemi artıq hazırdır. Bu sistemin tətbiqinin gələn ilin ilk rübündə, daha dəqiq söyləsək, yanvar-fevral aylarında fəaliyyətə başlaması nəzərdə tutulur. Dəqiq tarix sistemin test mərhələlərindən və texniki yoxlamalardan sonra bilinəcək. Məqsədimiz pasiyentlər və klinika üçün ən optimal və rahat rejimi təmin etməkdir.

- Yeni sistemin üstünlükləri nələrdir? Bu sistem klinikanın işinə və pasiyentlərin vaxtına necə təsir edəcək?

- Təkmilləşdirilmiş elektron növbə sistemi bir sıra üstünlüklər təqdim edir. Vətəndaşlar uzun növbələrdə vaxt itirməyəcək, onlayn növbə əldə edən şəxslər qeydiyyat bölməsinə yaxınlaşmadan birbaşa elektron köşk vasitəsilə növbələrini aktivləşdirmək imkanı əldə edəcəklər. Bu çox önəmli məsələdir. Hətta müayinə cavablarının kontrolu üçün gün ərzində yenidən müraciət etmək imkanları olacaq. Bilirsiniz, bu müayinə nəticələrinin izlənməsini kifayət qədər asanlaşdırır və pasiyentlərin əlavə vaxt itkisinə, eləcə də tibb müəssisəsinə fiziki gəlməsinə ehtiyac qalmır. Yeni sistemdə həkim seçimi və müayinələr barədə ətraflı məlumatlar əlçatandır. Bu, təkcə vətəndaşların deyil, klinikanın da fəaliyyətinə, iş yükünə, kadr planlamasına və tibbi xidmətlərin səmərəli təşkilinə müsbət təsir edəcək. Həkimlərin və digər personalların vaxtı optimallaşdırılacaq, pasiyent sıxlığı azalacaq, gözləmə zolaqları və növbə sıxlığı aradan qalxacaq.Bundan əlavə, statistik məlumatların toplanması və analiz edilməsi daha rahat olacaq, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq. Beləliklə, sistem həm pasiyentlərin, həm də klinikanın işini asanlaşdıraraq ümumi xidmət səviyyəsinə təsir edəcək.

- Belə çıxır ki, yeni sistemdə qeydiyyatçılara ehtiyac qalmayacaq. Bəs, onların ştatı ləğv ediləcək?

- Əlbəttə ki, xeyr. Düzdür, yeni sistem qeydiyyat prosesini optimallaşdırır, lakin insan resursları klinika üçün hələ də vacibdir. Qeydiyyatçılar digər sahələrdə fəaliyyətlərini davam etdirə biləcəklər, onların peşə təcrübələri klinikanın ümumi xidmət keyfiyyətini artırmaq üçün lazımlıdır.

- Təkmilləşdirilmiş elektron sistem növbə sıxlığını aradan qaldıracaqmı?

- Bu gün bizim üçün müəyyən qədər çətinliklər yaradan proseslərdən biri növbə sıxlığıdır. Düşünürəm ki, bu sistem növbə sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da pasiyentlərin tibbi xidmətdən daha rahat və vaxt itirmədən yararlanması deməkdir. Bu, həmçinin klinikada resursların daha optimal idarəolunmasına imkan yaradacaq, personal və avadanlıqların istifadəsi maksimum effektivliklə həyata keçiriləcək. Nəticədə, həm klinikada işlərin səmərəliliyi yüksələcək, həm də ən vacibi - pasiyent məmnuniyyəti daha da artacaq. Bizim hədəfimiz də elə budur. Ölkəmizdə daha yaxşı tibbi xidmətin təşkili, səhiyyəni hər kəs üçün əlçatan etmək və beləlikə, vətəndaş məmnunluğunu təmin etməkdir.

SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BÜTÜN XƏBƏRLƏR