Azərbaycanda 1 litr süd 100 manata satılır

Südü ətindən baha olan dəvələr...

Axundovlar ailəsi Bakının Maştağa kəndində belə bir təsərrüfatla məşğul olurlar. 

Təsərrüfat sahibi Firdovsi Axundov deyir ki, dəvənin südü ətindən baha satılır. Belə ki, dəvə ətinin 1 kiloqramı 17 manat olduğu halda, südünün qiyməti 80-100 manat arası dəyişir. Buradakı ən ucuz heyvan2500, ən bahalısı isə 10 min manatdır. 
Firdovsi Axundovun təsərrüfatında həm xaricdən, həm də yerli bazardan gətirilən dəvələrə rast gəlmək olar. 

Hazırda yuntökmə dövrünü yaşayan bu dəvələrə qulluq da böyük əmək və vəsait tələb edir. 1 dəvənin aylıq saxlanma xərci təxminən 100-150 manatdır. Firdovsi Axundov bildirir ki, bu heyvanıadətən qurban kəsmək üçün alırlar. Təsərrüfatındakı ən yaşlı dəvənin 50-yə yaxın yaşı var. Digər heyvanlardan fərqli olaraq dəvələr başından yox, ürəyindən kəsilir."Kinli" ifadəsi ilə tanınan bu heyvanlar heç də həmişə aqressiv deyillər. 

Firdovsi Axundov deyir ki, əti və südü ilə yanaşı, dəvənin yunundan da faydalana bilirlər. Onun sözlərinə görə, insanlar dəvə yununu daha çox bəd-nəzərdən qoruduğuna inandıqları üçün alırlar.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR