Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq ediləcək

Azərbaycanda faiz üzrə ödəmələrdən ödəmə mənbəyində verginin tutulmaması mexanizmi faiz gəliri əldə edən bütün hüquqi şəxslərə şamil ediləcək və faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq.

Gazette.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 13 may 2022-ci il tarixli qanunu imzalayıb.

Belə ki, faiz gəlirini əldə edən bütün hüquqi şəxslərin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi həyata keçiriləcək. Dəyişikliyə əsasən, yalnız rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində 10 % dərəcə ilə vergi tutulacaq.

Bu dəyişikliyə qədər bəzi hallar istisna olmaqla, bütün fiziki və hüquqi şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10 % dərəcəsi ilə vergi tutulurdu. İstisnalara
rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan
şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident banklara, həmin qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəliklərinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər aid edilirdi.

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR