Məleykə Abbaszadə narazı doktorantlarla görüşüb

Dövlət İmtahan Mərkəzində (DİM) dünən keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları ilə əlaqədar DİM-ə müraciət edən 23 şəxslə görüş keçirilib.

Gazette.az xəbər verir ki, görüşdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak ediblər.

Müzakirələr əsasən imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub. Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınması xahişini ediblər.

Rəhbərlik tərəfindən bildirilib ki, bu imtahanda iştirakçılar Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə uyğun bilik və bacarıqlara malik olmalıdırlar. İmtahanın mürəkkəblik dərəcəsi də həmin səviyyəyə uyğun olmalıdır. İştirakçıların nəzərinə çatdırırıq ki, 12 iyunda keçirilən imtahanın sualları gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı ilə bağlı yaranan uyğunsuzluqla əlaqədar müraciət edənlərə isə imtahanın yenidən keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Görüşdə olanlardan 2 nəfər təklifə müsbət reaksiya verib və yenidən imtahanda iştirak etmək üçün ərizə təqdim edib.

Beləliklə, səsləndirmədə olan uyğunsuzluğa görə narahatlıq keçirən və buna görə də bütün imtahan suallarının cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı bütün nəticələri ləğv edilərək yenidən imtahan təşkil olunması qərara alınıb. Bu imtahandan toplanılan bal yekun imtahan nəticəsi kimi əsas götürüləcək.

Bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb yollaya bilərlər.

Növbəti mərhələdə danışıq (speaking) imtahanı keçiriləcək. Mövcud qaydalara əsasən, həmin imtahandan 2 baldan aşağı nəticə göstərən namizədlər növbəti mərhələyə buraxılmır. Bununla əlaqədar, danışıq imtahanında 2 baldan aşağı nəticə göstərən namizədlər üçün təkrar imtahan keçirilməyəcək.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR