Azərbaycanın quru sərhədləri bu səbəbdən açılmır

Azərbaycanda quru sərhədlərinin açılmasına dair müzakirələr davam edir. Yay mövsümündə sərhədlərin açılmasının turizm baxımından vacib olduğu bildirilsə də, rəsmi qurumlar quru yolu ilə gediş-gəlişin bərpasına tələsmirlər. Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, Azərbaycanın quru sərhədlərini açmamasının səbəbləri maraq doğurur.

Azərbaycan quru sərhədlərini niyə açmır? Buna səbəb nədir?

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, quru sərhədlərinin açılması məsuliyyət deməkdir:

“Bu məsuliyyəti Operativ Qərargah boynuna götürməlidir. Biz pandemiyanın qarşısını aldıq, koronavirus təhlükəsini geridə qoyduq. Lakin bizdən fərqli olaraq, bəzi ölkələrdə vəziyyət yenə gərgindir. Çində, eləcə də Avropanın özündə yoluxma sayında yenidən artım müşahidə edilir. Bunları nəzərdən qaçırmaq olmaz”.

Deputat bildirib ki, dövlət qurumları monitorinq aparır, qonşu ölkələrdəki vəziyyəti yaxından izləyir:

“Dövlət öz addımlarını necə lazımdır, o formada da atır. Ancaq məsuliyyət söhbəti var. Bu gün biz deyirik ki, turizm mövsümü başlayır, quru sərhədləri açılsın. Bəs bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Dünən iki nəfərdə yoluxma aşkarlanıb. Sabah Allah göstərməsin, yoluxma 10 minə çıxsa, səhiyyə ocaqlarına belə təzyiq olsa, onda kim cavab verəcək? Yenə qapanma, yenə problem olacaq. Bunu istəyən varmı? Ona görə də, vətəndaşlardan səbrli olmalarını xahiş edirəm. Gəlin, dövlətin işinə qarışmayaq. Dövlət öz işini bilir. Prosesləri praqmatik formada aparır. Səbrli olaq, vaxtı gələndə Operativ Qərargah qərar verəcək və sərhədləri açacaq”.

Deputat Asim Mollazdə hesab edir ki, sərhədlərin açılması barədə qərar verərkən qonşu ölkələrdə epidemik vəziyyəti nəzərə almaq lazımdır:

“Qonşu ölkələrdə, Rusiyada, İranda hələ problemlər öz həllini tapmayıb. Hətta Gürcüstanda yoluxanların sayında artım hiss olunur. Düşünürəm ki, bizim müvafiq orqanlar məhz qonşu ölkələrdəki vəziyyəti nəzərdən keçirməli, yoluxma sayının minimuma enməsindən sonra öz qərarını verməlidir”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR