Lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına İqtisadiyyat Nazirliyi nəzarət edəcək

Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib.

Gazette.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 201 №-li Qərarı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında edilən dəyişiklik əsasında qəbul edilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliyə görə “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib

Eyni zamanda, həmin Qanuna əsasən kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondları və bu fondların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə Mərkəzi Bank, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına münasibətdə isə İqtisadiyyat Nazirliyi nəzarət orqanı qismində müəyyən olunub.

Qeyd edilənləri nəzərə alaraq Nazirlər Kabinetinin 2018-ci il 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR