Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.

Gazette az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər), “Qala Group” MMC (9-12-ci tenderlər) və “Feniks-AA” MMC-dir (13-cü tender).

Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.

Bundan əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR