Xidmət rəsmisi: "344 hektar meşə fondu torpağında bərpa işləri aparılacaq"

"Azərbaycanda davamlı olaraq genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir".

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

O qeyd edib ki, meşəbərpa işləri məqsədyönlü və elmi əsaslarla həyata keçirilməlidir: "Meşəliklər salınarkən ərazinin torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin seçilməsi vacibdir. Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins əkinlərə deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük verilir. Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və estetik xassələri kifayət qədər yüksəkdir. Artıq biz də, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq tipli meşə əkinlərinə xüsusi önəm veririk. Eyni zamanda, torpaqda suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 000-dən çox meşəcinsli ağacın əkilməsi, 6 tondan çox toxumun səpilməsi planlaşdırılır.

Qeyd edək ki, 21 mart “Beynəlxalq Meşələr Günü”dür.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR