
Reklam
20 Mart 2022, 16:15
515
DTX-nin Mədəniyyət Mərkəzində uşaq tamaşası nümayiş etdirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tam yeni ssenari əsasında hazırlanan “Novbahar” adlı uşaq tamaşası nümayiş etdirilib.
Gazette Az xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.
Bildirlib ki, xidmətin əməkdaşlarının və Vətən müharibəsi şəhidlərinin azyaşlı övladları üçün təşkil olunan musiqili tamaşada peşəkar aktyorlarla yanaşı, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Vətən” teatr studiyasının nümayəndələri də çıxış ediblər.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanmış və onlara xoş təəssürat bağışlayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





