Qaradağlı faciəsi ilə bağlı 12 nəfər beynəlxalq axtarışa verilib

Qaradağlı faciəsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Trend-ə açıqlamasında deyib.

K.Zeynalov bildirib ki, Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam edir.

Qeyd edək ki, erməni silahlı birləşmələri Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini məcburi hərəkətlərlə didərgin salmaq məqsədilə 1988-ci ilin fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq basqınlar edərək evlərini yandırıb qarət edib, nəticədə kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin salıblar.

Erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-17-də Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüb, 2 nəfərə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib, 49 nəfəri girov götürüblər. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR