
Reklam
15 Fevral 2022, 17:44
669
Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.
Bununla bağlı məhkəmədə qərar elan olunub.
E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.
Araşdırmalar davam edir.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





