
Dövlət Agentliyi: "Həkimlərə bonusların hesablanmasında bəzi çətinliklər yaranıb"
"Bonusların hesablanmasında bəzi çətinliklər baş verib"
Gazetteaz xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov jurnalistlərə açıqlamasında deyib.
O, səhiyyə sisteminin bazası üzərində mövcud personal ilə yeni iş sistemi qurulduğunu bildirib.
Onun sözlərinə görə, nəzarət sistemləri qurulub və bu sistem tədricən öz nəticəsini verəcək: "Bununla da neqativ hallar aradan qalxacaq. Həyata keçirilən tədbirlər nəticəsində cəzalandırdığımız və işdən çıxarılan həkimlər var. Hazırda yeni sistemin oturmasına ehtiyac var. Yeni sistem performans əsaslı olduğu üçün hər ayın sonunda göstərilmiş xidmətlər yoxlanılır. Bunun nəticəsində həkimlər əmək haqqı və bonus alır. Bu sistemin oturması bir az zaman alır. Bonusların hesablanmasında bəzi çətinliklər baş verib, rayonlarda qeyri-tibbi personalın işində çətinliklər yaşandığını gördük. Buna görə bəzi avtomatlaşdırma işləri həyata keçirilib. Xidmətlərin yoxlanılması daha sürətli həyata keçirilir".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





