Əhaliyə ÇAĞIRIŞ: Elə bilirlər qripdirlər, amma əslində \"Omikron\"a yoluxublar

"Yoluxanların sayının daha da artacağı gözlənilir".

 

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

 

Mütəxəssis bildirib ki, yoluxma rəqəmləri reallığı əks etdirmir:

 

"Əslində bizdə yoluxma sayı hələ pik nöqtəyə çatmayıb. Hazırki vəziyyət dalğanın ortaları kimi qiymətləndirilir. Üzümüzə gələn həftə ölkədə yoluxma sayında pik nöqtə qeydə alınacaq. Daha sonra yoluxanların sayındakı rəqəmlər bir qədər stabil davam edib, yenidən xəstə sayı azalacaq. 

 

Son günlər ölüm halındakı rəqəmlərin artımının səbəbi yanaşı xəstəliklərdir, bir də vaksinasiya olunmamaqdır. Əslində ölənlər vaksinasiya olunmayan və yaxud da ki, böyük əksəriyyəti vaksin kağızı olub vaksinasiyadan keçməyən şəxslərdir. Çünki ölkə ərazisində olan bütün vaksinlər bu və ya digər faiz nisbəti baxımından fərqlidir. Antitel yaranır və o antitellər qoruyur. Təbii ki xəstəliyi yüngül keçirməyimizə səbəb olur. Əsas ölüm göstəricisi çox təəssüf ki, ağır yanaşı xəstəliyi olanlarda, bir də vaksinasiya olunmayanlardadır. 

 

Nəzərə alsaq ki, hazırda bəzən olur ki, testlər xəstə olduğu halda da neqativ çıxır və böyük əksəriyyət də ümumiyyətlə test vermir, həm də yüklənmə nəticəsində xəstələrin günündə (vaxtında) düzgün müayinəsi aparılmadığına görə hazırki yoluxma rəqəmləri hələ aşağıdır, bəlkə də ölkədə yoluxanların sayı hazırda 10 mindir. Sadəcə biz bunlardan 6-7 mini bilirik. 

 

Əslində hazırda digər mövsümü xəstəliklərin sönüm dövrüdür. Artıq o sözügedən mövsümü hava damcı infeksiyaları 2 ay ərzində öz dalğalarını keçirtdilər. Hazırda demək olar ki, bütün qripə bənzər əlamətlərin 90%-i elə COVİD-dir, Omikron ştammıdır. Sadəcə onlar yüngül keçirirlər, yenə qeyd edirəm, vaxtında müayinə olunmadıqlarına görə, - virusun testdə çıxma günləri var, -  və bir-iki ünə keçirilər, biraz tez keçirirlər, elə bilirlər qripdirlər, amma əslində elə COVİD-dir. Çünki hazırda mövsümü qriplər çox azdır, bir paraqripdir, bir influenzadır, o da ki, artıq tək-tək hallarda qeydə alınır. Böyük əksəriyyət artıq "Omikron"dur. Bu dəqiqə kütləvi yoluxma gedir. 

 

Çox güman ki, bu səbəbdən də gələn həftə yoluxanların sayı 10 mini keçəcək. Sadəcə ambulator - Təcili Yardım və polinklinakalarda COVİD məntəqələrinin işi o qədər ağırdır və işçi heyyəti də azdır deyə yoxlama işləri ilə bağlı müracitələr çox ləngiyir. Rəqəmlər qalsa belə, yoluxanların sayı dayanmadan artır.  

 

Hələ ki, stansionarda yüklənmə 20%-dən çox deyil, rəqəm sayı yüksək olsa da ağırlaşmalar çox deyil. O ölüm sayı 20%-in içindəndir. Hazırda boş çarpayı sayı çoxdur, o baxımdan əslində stansionarın işi yüngüldür. O səbəbdən də hər hansı bir qapanmanın olacağını ehtimal etmirəm. Bizdə amblator xidmət çətin vəziyyətdədir. Xəstəliyi ayaqüstü keçirənlərə xidmət edən həkimlərin vəziyyəti kritikdir, eyni anda 100, 200 xəstəyə xdimət edirlər". 

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR