Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs həbs olunub

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs həbs olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində feysbuk sosial şəbəkəsində və yutub videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2 000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir", - məlumatda qeyd olunub.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR