
Reklam
01 Fevral 2022, 21:34
446
Prezident Gənclər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
Gazette xəbər verir ki, dövlət başçısının tviter hesabındakı paylaşımında "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyə yazılıb.
Qeyd edək ki, sabah - 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Gənclər Günü 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





