TƏBİB-dən istefa verən Ramin Bayramlı yeni vəzifəyə təyin edilib? - AÇIQLAMA

 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb.

Gazetteaz xəbər verir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün DİM-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumatı nə təsdiq, nə də təkzib edib: "Bu barədə məndə hər hansı məlumat yoxdur”.

Ramin Bayramlının atası Baba Bayramlı da oğlunun təyinatından xəbərsiz olduğunu deyib: "Mənim məlumat yoxdur, sizdən eşidirəm”.

Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.

 

Qaynarinfo

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR