Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə təqsirləndirilən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, ötən hədtə sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.

Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - V.Tağızadə ilə A.Məmmədli müəyyən olunaraq saxlanılıb.

İstintaq orqanı hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdi və onlar sərbəst buraxılmışdı.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR