Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlətimizin başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR