
Reklam
04 Noyabr 2021, 19:33
797
Prezidentin köməkçisi əməkhaqqılarının artırılmasından danışdı - SON DƏQİQƏ
Karantin rejiminin yumşaldılmasından sonra iqtisadiyyatın nə dərəcədə canlanmasını görmək üçün ümumdaxili məhsulun artımına baxmaq lazımdır.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, hazırda əməkhaqqılarının artımına baxılır.
“Əməkhaqqılarının artması tələbatı da artırır. Əhali bununla daha çox xidmətlərdən və malların alınmasından istifadə edəcək ki, bu da iqtisadiyyatın inkişafına təkan verəcək”, - deyə o əlavə edib.
Prezidentin köməkçisi 2022-ci il büdcə layihəsinin Milli Məclisə daxil olduğunu da xatırladıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





