“Qubadlı” yarımstansiyası istifadəyə verilib

Qubadlıda səfərdə olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev  yarımstansiya barədə məlumat verərək, bildirib ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.

Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Bu günə qədər “Azərenerji” ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Məlumat verilib ki, yarımstansiyanın rəqəmsal idarə edilməsinin prioriteti olan iki əsas məsələ – rəqəmsallaşmaya inteqrə olunan avadanlıqların təmin olunması və idarəetmə üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik kabel şəbəkəsinin yaradılması məsələləri həllini tapıb.

“Qubadlı” yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.

Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni “Qubadlı” yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR