Azərbaycan Ermənistanı ICERD-i pozduğu üçün məhkəməyə verəcək – XİN

“Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar tərəfimizdən diqqətlə toplanıb və sənədləşdirilib:

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir. Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-i pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR