
Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün daha bir imkan yaradılıb – 8112
Fondun mətbuat xidmətindən bildiriblər ki, artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilərlər.
SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla Fonda müvafiq olaraq 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür. SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.
Əməliyyatın hər hansı bir səbəbdən uğursuz olması ilə bağlı cavab gələrsə, abunəçi əlavə məlumat almaq üçün //qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.
Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.
Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların vebsaytları və mobil tətbiqləri (“Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank”, “Rabitə Bank” və s.), eyni zamanda, onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.
Məbləğindən asılı olmayaraq, edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir.
İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay






