Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub

Avqustun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

XİN-in nəmətbuat xidməti idarəsindən GAZETTE-yə bildirilib ki, nazir Ceyhun Bayramov İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ceyhun Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR