Ağdam şəhərinin gerbinin hazırlanmasında siz də iştirak edin

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb.

Gazette.az xəbər verir ki, Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Gerbin hazırlanması ilə əlaqədar tələblər:

1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.

2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına göndərilməlidir.

3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:

a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;

b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;

c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.

4. Elektron məktub göndərilərkən mövzu bölməsinə “Ağdam gerb eskizi” yazılmalıdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR