Sümük sağlamlığınız üçün bu qidaları yeyin

Qadınlarda yaş artdıqca, xüsusilə menopoz dövründə sümük sıxlığının azalması və osteoporoz riski artır.

Axşam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam sümüklər üçün kalsium, D vitamini, zülal, K vitamini, maqnezium, sink və fosforla zəngin qidalar qəbul etmək vacibdir.

Araşdırmalara əsasən, 60 yaşdan yuxarı insanlarda omba sınığından sonra ilk il ərzində ölüm riski də yüksək ola bilər. Buna görə də sümük sağlamlığını qorumaq üçün qidalanmaya diqqət etmək tövsiyə olunur.

Süd məhsulları

Süd, qatıq və pendir kimi məhsullar kalsium baxımından zəngindir. Təxminən 200 millilitrlik bir stəkan südün tərkibində 260 milliqram kalsium olduğu bildirilir. Araşdırmalarda süd məhsullarının və zülal qəbulunun artırılmasının yaşlı insanlarda yıxılma və omba sınığı riskini azaltdığı müəyyən edilib.

Soya məhsulları

Süd məhsullarından əlavə, soya tərkibli qidalar da kalsium mənbəyidir. Məsələn, 100 qram tofu təxminən 200 milliqram kalsium ehtiva edir. Soya tərkibindəki izoflavonlar menopozdan sonra qadınlarda sümük sıxlığının qorunmasına kömək edə bilər.

Çia toxumları

Çia toxumları kalsium, maqnezium və fosforla zəngindir. Cəmi bir xörək qaşığı çia toxumunda təxminən 95 milliqram kalsium olduğu qeyd olunur.

Qurudulmuş meyvələr

Əncir və ərik kimi qurudulmuş meyvələr də sümük sağlamlığı üçün faydalıdır. İki ədəd quru əncirin təxminən 100 milliqram kalsium ehtiva etdiyi bildirilir. Bu məhsullar həmçinin maqneziumla zəngindir.

Konserv balıq

Sardina kimi kiçik balıqlar da kalsium mənbəyidir. Təxminən 60 qramlıq konserv sardinanın gündəlik kalsium ehtiyacının müəyyən hissəsini qarşılaya biləcəyi vurğulanır.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR