880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü

Kolumbiyanın Medellin şəhəri yaşıllaşdırmanın iqlimə təsirini göstərən ən uğurlu nümunələrdən biri hesab olunur. Şəhərdə həyata keçirilən "Yaşıl Dəhlizlər" (Green Corridors) layihəsi çərçivəsində təxminən 880 min ağac, eləcə də 2,5 milyondan çox kol və digər bitki əkilib. Layihəyə 2016-cı ildə start verilib.

Gazette.az lent.az-a istinadən xəbər verir ki, məqsəd sıx tikililər, asfalt örtüyünün çoxluğu və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan "şəhər istilik adası" effektini azaltmaq idi. Bu problem yay aylarında küçələrin həddindən artıq qızmasına və sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu. Mütəxəssislərin sözlərinə görə, ağaclar havanı iki əsas yolla sərinləşdirir.

Birincisi, kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur.

İkincisi, yarpaqlar vasitəsilə suyu buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salır.

Aparılan araşdırmalar göstərib ki, genişmiqyaslı yaşıllaşdırma nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə azalıb. Kölgəli ərazilərdə isə hava əvvəlki ilə müqayisədə 5 dərəcəyədək sərinləşib. Yeni yaşıllıq zolaqları təkcə istiliyi azaltmayıb.

Layihə hava keyfiyyətinin yaxşılaşmasına, səs-küyün azalmasına, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühitinin yaranmasına da töhfə verib. Eyni zamanda, piyada gəzmək və velosiped sürmək daha rahat və təhlükəsiz olub.

Bu gün Medellinin "Yaşıl Dəhlizlər" proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər şəhərin təcrübəsini öyrənərək artan temperatur şəraitində şəhərlərin daha yaşıl və yaşamaq üçün daha əlverişli hala gətirilməsinin yollarını araşdırırlar.

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR