Doğuşdan sonra idman təhlükəlidir - XƏBƏRDARLIQ

Yeni ana olmuş qadınlar ginekoloqla məsləhətləşərək doğuşdan yalnız bir-iki ay sonra idmanla məşğul olmağa başlaya bilərlər.

Bu barədə fitnes məşqçisi İrina Maltseva "Gazeta.Ru" nəşrinə danışıb.

O bildirib ki, doğuşdan sonra qadınlar ilkin mərhələdə yalnız bərpaedici məşqlərə üstünlük verməlidirlər:

"Doğuşdan sonra idman məşqlərinə qayıdış səbir və fərdi yanaşma tələb edir. Bütün qadınlar üçün eyni vaxt çərçivəsi yoxdur. Əsas şərt ondan ibarətdir ki, adətən doğuşdan altı-səkkiz həftə sonra fiziki fəaliyyətə başlamaq üçün ginekoloqdan icazə alınmalıdır".

Mütəxəssisin sözlərinə görə, doğuşdan sonrakı ilk altı-səkkiz həftə ərzində yalnız dərin əzələləri aktivləşdirməyə yönəlmiş yüngül bərpaedici məşqlər icra olunmalıdır. Bu mərhələnin məqsədi qan dövranını yaxşılaşdırmaq, əzələ tonusunu bərpa etmək və tromboz riskinin qarşısını almaqdır.

"Bu dövrdə diafraqmatik nəfəs alma, çanaq dibi üçün yumşaq Kegel məşqləri (yalnız tikişlər tam sağaldıqdan sonra), ayaqların yüngül sürüşdürülməsi və uzanıqlı vəziyyətdə çanağın qaldırılması kimi hərəkətlər tövsiyə olunur. Qaçış, tullanma, ağırlıqqaldırma, kəskin hərəkətlər, planka və omba ilə qalxma kimi məşqlər isə qəti şəkildə məsləhət görülmür", - deyə o qeyd edib.

İrina Maltseva vurğulayıb ki, qeysəriyyə əməliyyatından sonra bərpa prosesi daha uzun çəkir. Bu halda hər hansı ağırlıqqaldırma fəaliyyəti iki-üç ay müddətində qadağan edilir.

"Dörd-altı aydan əvvəl qarın əzələlərinə yönəlmiş hərəkətlər, ağırlıqqaldırma və planka etmək təhlükəlidir. Bu, rektus abdominis əzələlərinin diastazına, yəni aşağı qarın əzələlərinin ayrılmasına, eləcə də yırtıqların yaranmasına səbəb ola bilər", - deyə məşqçi əlavə edib.(oxu.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR