Xərçəng riskini artıran gündəlik 3 vərdiş

Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər.

Həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır. Siqaret, artıq çəki və hərəkətsiz həyat tərzi uzun illərdir əsas risk faktorları kimi tanınır.

Alimlər daha az nəzərə çarpan səbəblərə də diqqət çəkirlər. Onlardan birixüsusilə axşam saatlarında smartfonlardan həddindən artıq istifadə etməkdir.

Axşam ekran oxusunun təhlükəsi

Yatmazdan əvvəl ekrandan oxumağı sevənlər xüsusi risk qrupuna daxildir. Çünki qadcetlərin mavi işığı melatoninin bioloji ritmləri tənzimləyən və hüceyrələri zədələrdən qoruyan hormonun ifrazını azaldır. Melatonin çatışmazlığı bir çox tədqiqatlarda şiş proseslərinin yaranma ehtimalının artması ilə əlaqələndirilir.

Təyyarədə illüminator yanındakı yerlər niyə risklidir?

Uçuş zamanı pəncərə tərəfdə oturmağı sevənlər də əlavə risk daşıyır. Çünki təyyarə şüşəsindən UVA şüalanmasının təxminən yarısı keçir. Bu şüalar fotoyaşlanmaya, dəriyə dərin zədələrə və melanoma daxil olmaqla dəri xərçəngi riskinin yüksəlməsinə səbəb ola bilər.

Çox isti içki və yeməklərin təhlükəsi

Üçüncü zərərli vərdiş həddindən artıq isti içkilər və yeməklərin qəbulu. Çayın və ya şorbanın temperaturu 65 °C-dən yüksək olduqda, isti maye qida borusunun selikli qişasını qıcıqlandırır və mikrozədələr yaradır. Bu zədələrin mütəmadi təkrarlanması xüsusilə qida borusu xərçəngi riskini artırır.

Əlavə məlumat: stress, yuxusuzluq və alkoqol da riski yüksəldir

Müasir tədqiqatlar göstərir ki, xroniki stress və yuxusuzluq da orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Yuxu pozuntuları bədənin bərpa proseslərini ləngidir və immun sisteminin işini pisləşdirir. Bundan başqa, az miqdarda belə alkoqol istifadəsi uzun müddətdə şiş xəstəliklərinin ehtimalını artırır.

Həkimlər xərçəng risklərini azaltmaq üçün müntəzəm fiziki aktivlik, kifayət qədər və keyfiyyətli yuxu, balanslı və qidalandırıcı qidalanma tövsiyə edirlər.//Lent.az

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR