“Mentor Klinika” layihəsinin icrası davam etdirilir

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının nümayəndə heyəti Quba Rayon  Mərkəzi Xəstəxanasında olub.

Səfərin əsas məqsədi fəaliyyətin təşkilində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı gücləndirmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə addımlar atmaq olub.

Ziyarət çərçivəsində nümayəndə heyəti Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi, Quba Regional Perinatal Mərkəzi, Ginekologiya və Uşaq xəstəlikləri şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub. Onlara müəssisədə tətbiq olunan idarəetmə mexanizmləri, pasiyent məmnuniyyətinin artırılması istiqamətində görülən işlər, həmçinin rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı məlumatlar təqdim edilib.

Səfər çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən hazırlanmış fəaliyyət planı nümayəndə heyətinə təqdim olunub. Həmçinin növbəti aylar üçün həkim və tibb işçilərinin mübadilə proqramı əsasında qarşılıqlı səfərlərinin təşkili barədə müzakirələr aparılıb. Bu mübadilə proqramı çərçivəsində həkimlərin müxtəlif ixtisaslar üzrə bir-birinin təcrübəsindən yararlanması, həmçinin yeni yanaşmaların tətbiqi nəzərdə tutulur.

Sonda tərəflər layihənin gələcək mərhələlərində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin həm xəstəxanaların, həm də region əhalisinin sağlamlığına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb.

"Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR