
Reklam
24 Sentyabr 2025, 18:47
212
N saylı hərbi hissədə könüllü qanvermə aksiyası təşkil olunub
Müdafiə Nazirliyinin Qan Bankı, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində könüllü qanvermə aksiyası keçirilib.
Könüllü qanvermə aksiyasının uğurla həyata keçirilməsinə göstərilən xüsusi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənova və dəyərli Donorlarımıza Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi adından səmimi təşəkkürümüzü bildiririk.
Bu humanist addım həm qan donorluğu mədəniyyətinin inkişafına, həm də cəmiyyətimizdə həmrəylik və fədakarlıq ruhunun daha da güclənməsinə xidmət edir.




ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





