Detoks zamanı etdiyiniz yanlışlar

Bir çoxlarımız artıq çəkidən xilas olmaq üçün detokslar edirik. Mütəxəssislər isə detoksun hər zaman sağlamlıq üçün müsbət təsir etmədiyini deyib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, detoks diyetlərində edilən səhvlərin orqanizmdə xoşagəlməz hallara yol açıdığı bildirlib.

Bu, qısa müddətli pəhriz və ya bədəndən zərərli toksinləri atmaq üçün nəzərdə tutulmuş reseptlərin birləşməsi olaraq bilinir. Detoks meyvə, tərəvəz, meyvə şirələri və sudan ibarət ciddi bir pəhriz ehtiva edir. Bəzən buna dərman bitkiləri, çaylar və əlavələr də daxil ola bilər.

Detoks diyetlərinin bir çox faydası olsa da, fərdin sağlamlıq vəziyyətinə görə planlaşdırılması lazımdır. Bu pəhriz, sağlam qidalanma planınız çərçivəsində qısa müddətli, bədəni təmizləyən bir pəhriz olaraq müəyyənləşməlidir. 

Detoks nəyə xeyirlidir?

Nəcis, sidik və tərlə toksinləri aradan qaldırmağa kömək edir.
Qan dövranını yaxşılaşdırır.
Bədəni sağlam qidalarla təmin edir.
Bədəni cavanlaşdırır.
Enerji səviyyələrini artırır.
Həzmi yaxşılaşdırır.
Parlaq dərini təşviq edir.
Arıqlamağa kömək edir.
İnsanı daha sağlam hiss edir.

Ət və süd məhsulları bu cür diyetlərdə xüsusi olaraq istisna edilir. Bu, orqanizmin ac qalmasına, əzələ itkisinə səbəb olur. Bu, sonrakı həyatda sümük sınıqlarına və atrofiyaya, əllərdə titrəmələrə, tutma gücündə zəifliyə, udma çətinliyinə və demensiyaya səbəb ola bilər. Arıqlamaq üçün detoks diyetlərinə səhv əməl edən insanlar qısa müddətdə baş ağrıları, narahatlıq, susuzluq və qan şəkərinin kəskin düşməsi ilə qarşılaşa bilərlər.
Əgər qan durulaşdıran dərmanlar qəbul edirsinizsə, K vitamini ilə zəngin bir detoks suyu sizə uyğun olmayacaq. Yüksək vitamin K qəbulu bu dərmanlarla qarşılıqlı təsir göstərir və dərman-qida qarşılıqlılığı yaradır. Qanın laxtalanmasına və qan damarlarının tıxanmasına səbəb ola bilər.
Məsələn, ispanaq, pazı, brokoli, kələm, qulançar, şalgam göyərti, çuğundur göyərti, cəfəri, kasnı kimi otlarla hazırlanmış detoks suyu həddindən artıq miqdarda istehlak edildikdə aşağı təzyiqə və qan azlığına səbəb ola bilər.

Uzunmüddətli və nəzarətsiz detoks pəhrizləri dəri quruluğu, yorğunluq, saç tökülməsi, halsızlıq, qan azlığı kimi problemlərə səbəb ola bilər.

Detoks zamanı ağrıkəsici və ya karminativlərdən istifadə etməyin.
Qəhvə, siqaret və spirtdən uzaq durun.
Fiziki fəaliyyətə laqeyd yanaşmayın.
Gündə ən azı üç əsas yemək və iki qəlyanaltı yediyinizə əmin olun.
Gün ərzində ən azı 2-2,5 litr su içmək lazımdır.
Meyvə və tərəvəzləri hər gün qəlyanaltı kimi istifadə etməyə çalışın.
Unutmayın ki, bu tip pəhrizlər uzunmüddətli deyil. Detoks prosesi 4-7 gün çəkə bilər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR