Qarın piylərinizi əritməyə mane olan 5 səbəb

Qarın, bel, göbək nahiyəsində toplanan piy və artıq çəki ən ağır, ən çətin əriyən hissədir. Burda piy toplanmasının və dieta, hətta idmanla belə əriməməsinin 3 əsas səbəbi var: genetik amil, hormonal pozuntular və bəzi yol verilən səhvlər.

Gazette.az medicina.az-a istinadən məhz bu düzəlməsi mümkün, insandan asılı olan səbəbləri araşdırıb, hansı ki, bunlar qarını əritməyə mane olur.

1.Siz çoxlu, müxtəlif işlənmiş, yəni hazır qida yeyirsiz

Ağ çörək, bulka, un məmulatları rafinə olunmuş, yəni termiki, texniki işlənmiş, təmizlənmiş buğdadan hazırlanır. Eləcə də qənd, şəkər, desertlər, içkilər rafinə olunmuş şəkərdəndir. Bütün bunlar orqanizmdə iltihabi prosesləri artırır.

Siz müxtəlif dietalar, rejimlər saxlayıb, bunları yeməyə davam edirsizsə, qarında piy qatının azalmasına ümid etməyin.

Çıxış yolu var: daha təbii, antioksidantlarla zəngin və iltihab əleyhinə meyvə-tərəvəz və düzgün qidalar yemək. Onlardan hələ heç kimdə qarın çıxmayıb.

2.İdman və məşqləri düzgün etmirsiz

Səhər qaçışları, yürüşləri, məşqlər kardio effektli olub, sağlamlıq üçün yaxşıdır, amma onlar qarına təsir etməyəcək. Sizə kardio ilə güc məşqlərini birləşdirmək lazımdır. Güc tələb edən hərəkətlər əzələ kütləsini artırıb, piyləri yandırır. Həftədə 250 dəqiqə optimal variantdır.

3.Menyunuzda maqniy azdır

Maqniy orqanizmdə gedən 300 reaksiya üçün vacib elementdir.

O, qanda qlükozanın səviyyəsini tənzimləyir, menstruasiya zamanı maye durğunluğunun qarşısını alır. Maqniy az olanda bədən şiş olur, yaxşı təmizlənmir. Alimlər maqniy defisitinin arıqlamağa mane olduğunu bildirir. Belə bir defisit olduğunu bilmək üçün qanda maqniy analizi verirsiz. Az olsa maqniy ilə zəngin yaşıl yarpaq tərəvəz, göyərti, lobya, acı şokolad, balıqlar, süd məhsulları çox yeyin.

4.Yağınızı düzgün seçmirsiz

Bütün yağlar eyni deyil. Siz yağ qəbulunu azaldırsız, yeməklərdə isə hansı yağ olduğuna fikir vermirsiz. Hazır yeməklərdə, yarımfabrikatlarda, ətdə doymuş yağlar olur. Onlar isə qarın, bel nahiyəsində piy yığır. Az doymuş yaölar və yarımdoymuş yağlar isə bədəni formada saxlamağa kömək edər. Bu yağlar avokado, qoz, balıq, günəbaxan tumlarında olur. Amma istənilən yağ tərkibli qida, hətta tum və bitkilər belə çəki artımı, kalori yüksəlməsinə səbəb olur.

5.Az yatırsız

Yuxu azlığı, yata bilməmək çəkini artırır. 5 saatdan az yatan insanlar arıqlaya bilməz.

Yuxusu normada olmayan insan gün ərzində çox yeyir, yağlı qidalara meyl edir,  maddələr mübadiləsi düzgün getmir. Bu adamlarda aclıq hormonu çox olur. Qarın piylərindən azad olmaq istəyirsizsə, sutkada 7-8 saat yatmalısız

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR