Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır – Dəhşətli FAKT

Gigiyena vəsvəsəsi sümük rezorbsiyasına və qırıqlara səbəb ola bilər.
ABŞ-da aparılan bir araşdırmaya görə, sabundan diş pastasına, ağız təmizlənməsinə qədər bir çox antibakterial təmizləyici maddədə olan Triclosan (TCS) sümük rezorbsiyasına səbəb olur.

Gazette.az medicina.az-a istinadən bildirir ki, 20 yaşdan yuxarı 848 qadın üzərində aparılan bir araşdırmada, sidikdə yüksək TCS aşkarlanan qadınlarda sümük möhkəmliyinin azaldığı görülüb. Daxili xəstəliklər və endokrinoloji mütəxəssisi Dr. Həsən Aydın bildirib ki, sözü gedən təsir menopauza sonrasında əvvəlkindən daha güclü olur.Onun sözlərinə görə, antiseptik xüsusiyyətləri olan bütün təmizləyici maddələr triklosan ehtiva edir
. Bu araşdırma Amerikanın Qidalanma və Sağlamlıq Tədqiqatları çərçivəsində aparılmışdır.

Triklosan antiseptik maddədir, sabundan diş pastasına, ağız təmizləyici mayedən ağardıcı vasitələrə qədər müxtəlif təmizləyici məhsullarda bu maddədən var.
Lakin bu vasitələrin insanlarda müxtəlif xəstəliklərə səbəb olduğu bəllidir.
Osteoporoz əhəmiyyətli bir sağlamlıq problemidir. Hazırda osteoporoz ürək xəstəliklərindən, hətta xərçəngdən daha çox yayılmışdır.

Sümük qırıqları, vertebral sınıqlar, bel əyriliyi, bel ağrısı, boyun qısalmasına da səbəb olur. Bunlardan omba sınığı isə ən təhlükəlisidir.
Həkimin sözlərinə görə, son illər biz hər beş omba sınığından əziyyət çəkən xəstələrdən birini itiririk.Qalanların yarısı isə normal gündəlik həyata qayıda bilmir.
Artıq osteoporoz cəmiyyətdə bu qədər ciddi bir sağlamlıq problemi olarkən, bu cür kimyəvi maddələr də əlavə riski artırır.
Həkim bildirir ki, bu maddədən nə qədər çox istifadə edirsinizsə, sümük əriməsinə bir o qədər çox məruz qalırsınız. Belə olduqda, biz tərkibində triklosan olan təmizlik vasitələrindən istifadə etməməliyik. Lakin istifadə etməyə məcbur olsanız, miqdarını azaltmağınız məsləhətdir. Əslində, triklosan ehtiva etməyən antiseptik təmizləyici maddələr də var. Lakin belə vasitələrin qiyməti bahadır. Ancaq onlara tələb artdıqca, maya dəyəri azalacaq.
Triklosan istifadəsi asan, ucuz başa gələn antiseptik maddə olduğundan , təmizləyici vasitələr hazırlayan şirkətlərin bundan imtina edəcəyi gözlənilmir.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR