Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyil...

Oruc tutmaq - ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır

Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin dəyərli fikirlərinə diqqət edək.

Alim demişdir: "Ramazan ayı - Allah qonaqlığı və Quran nazil olduğu aydır ki, onda əməllər haqqında düşünmək üçün münasib zaman vardır. Özünütərbiyə və qəflətdən uzaq olmaq üçün ən yaxşı fürsətdir.

"Rəməz" sözünün mənası "yandırmaq" deməkdir. Həmin ayda Böyük Allah, bəndələrinin günahını yandırar. İnsan bu ayda elə rəftar etməlidir ki, əməl və rəftarı oruc olduğundan xəbər versin.

Bu ayın orucundakı aclıq və susuzluq gərək Qiyamət günündəki aclıq və susuzluğu xatırlamağa yardım etsin. Hədislərə görə, əgər kimsə Ramazan ayında bağışlanılmazsa, gərək gözləsin ki, həcdə, Ərəfat çölündə İlahi rəhmət mehi ona tərəf əssin.

Bu əyyamda müsəlmanlar gərək yoxsulları və acları yada salsınlar. Çünki insanların bəzisinin səhər obaşdan yeməyi olmur, halbuki bir çoxları rifah içində yaşayırlar.

Qurani-Kərimə əməl etmək - həyatımızın zərurətlərindəndir. Cəmiyyətdə və iqtisadiyyatda olan bütün çətinliklər, Qurana əməl etməməyə görədir.

İnsan o zaman xilas olmuş olar ki, əmmarə nəfsin bütün bəlalarından xilas olsun. Oruc tutmaq ancaq ac və susuz qalmaq deyildir. Dil də, bədənin bütün əzaları da oruc olmalıdır".

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR