Yaddaşı gücləndirmək üçün 7 MƏSLƏHƏT

Tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edirik.

Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir, diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır:

Öncə qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığında belə hallar ola bilər. Əgər anemiya varsa, 10 ədəd limonun şirəsini, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə kağız kimi nazik  doğrayıb qarışdırın. 1 həftəsoyuducuda gözləyin, gündə 1 dəfə qarışdırın, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.

Həddən artıq yemək beyinə axan qanın azalmasına səbəb olur, buna görə acmamış yeməyin, doymamış süfrədən durun. Həftədə 2 dəfə oruc tutulması beynin qidalanmasını yaxşılaşdırır.

Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.

Başdan hicama yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.

Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdırıb şərbət halında içə bilərsiniz.

Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran 4 yerə bölünür, bölünmüş hissədən bir hissə götürüb  yarım stəkan isti  suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tam dolana qədər süd əlavə edilir, səhər yuxudan duran kimi məhlul içilir və zəfəranlar yeyilir. İçəndən ən azı yarım saat sonra yemək yeyilməlidir.

Yaddaş məcunu:

- Zəncəfil tozu  - 40 qram

- Qinko Biloba yarpağı tozu  - 40 qram

- Çiçək tozu   - 40 qram

- Yapon saforası çiçəyi tozu  - 40 qram

- Jenşen kökü tozu  - 40 qram

- Bal - 1 kq

Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı-yaxşı qarışdırılmalıdır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul etməlidir. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR