Bu qidalar insult və unutqanlıq yaradır

Ultra emal olunmuş qidaların çox istehlakı ilə beyində damar zədələnmələri arasında əlaqə aşkar edilib. Kanadada aparılan araşdırma bu cür dəyişikliklərin heç bir aşkar simptom olmadan inkişaf edə biləcəyini və gələcəkdə insult, koqnitiv zəifləmə və demensiya riskini artıra biləcəyini göstərir.

“Qafqazinfo” xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan tədqiqatda 35-69 yaş arası təxminən 9 min nəfərin qidalanma vərdişləri, MRT müayinələrinin nəticələri və koqnitiv göstəriciləri təhlil edilib.

Nəticələrə görə, ultra emal olunmuş qidaları ən çox istehlak edən qrupda hər 9 nəfərdən birində beyində damar zədələnmələri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az istehlak edən qrupda hər 12 nəfərdən bir olub.

MRT görüntülərində beyin hüceyrələri arasında əlaqəni təmin edən ağ maddədə siqnal dəyişiklikləri, eləcə də, qan dövranının pozulması nəticəsində zədələnmiş toxuma sahələri müəyyən edilib. Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər sonrakı yaşlarda insult və demensiya riskinin yüksəlməsi ilə əlaqəli ola bilər.

Yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amillər nəzərə alındıqdan sonra da əlaqənin qaldığı müəyyən edilib. Bədən yağının faizinin də nəticələri tam izah etmədiyi vurğulanıb.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, müşahidə xarakterli tədqiqat ultra emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmir. Qidaların emal dərəcəsi ilə onların qida dəyərini dəqiq fərqləndirmək çətin olduğundan, bu əlaqənin daha ətraflı öyrənilməsi üçün uzunmüddətli tədqiqatlara ehtiyac var.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR