31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı - Adlar

Türkiyənin 31 vətəndaşının adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Gazette.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda deyilir ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların ölkəyə girişinə qadağa qoyulub:

1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri;

2. Cem Özyurt – Bloqer;

3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı;

4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri;

5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı;

6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi;

7. Cüneyt Sezer – Bloqer, sosioloq, publisist və siyasi analitik;

8. Serhat Koyuncu – İctimai xadim;

9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı;

10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq;

11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025);

12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri;

13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini;

14. Aydın Binboğa – İqtisadçı, siyasətçi;

15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti;

16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri;

17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi;

18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi;

19. Mert Armağan – Jurnalist;

20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist;

21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı;

22. Yusuf Kaplan – Yazıçı, jurnalist;

23. Erdinc Teğmen – Erte Medya’nın sahibi;

24. Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi;

25. Halil Atakan Ay – İlahiyyatçı;

26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti;

27. Murat Şahin – Akıt TV- də proqram aparıcısı;

28. İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı;

29. Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı;

30. Ömer Ulutaş – Toprak partiyasının sədri;

31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili.

XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR