Ayda ərzağa bu qədər pul xərcləyirik - RƏQƏMLƏR

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252 manatlıq qeyri-ərzaq malları alıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.

2026-cı ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 13,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

SON XƏBƏRLƏR

DTX-dən xəbərdarlıq - "Aldanmayın!"

Özbəkistan Prezidenti Azərbaycana gəldi

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Emoməli Rahmon Azərbaycana gəlir

Rəsmi Bakı Fransadan bunları tələb edir - AÇIQLAMA

Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Laosun Prezidenti “ASAN xidmət”də

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

Yeni fişinq kampaniyası aşkarlanıb

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçib

Ayda ərzağa bu qədər pul xərcləyirik - RƏQƏMLƏR

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

Ombudsman Aparatında görüş keçirilib

BÜTÜN XƏBƏRLƏR