Sabah Ay tutulacaq

Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. 

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək.

Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq.

Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə  yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cuzi azalması kimi hiss olunur.

Qeyd edək ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. 

Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən qismən Günəş tutulması kimi müşahidə olunacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR