Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub

 

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 77 614 IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla bu günə qədər 1 613 177 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür.

Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir. “AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən İMEİ nömrəsini mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR