Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydalanıb.

 

Vətəndaşlar əsasən pensiya və müavinət məsələləri, sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına cəlb edilmə, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər. DOST konsepsiyasına uyğun olaraq onlara müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və şəffaf, çevik şəkildə göstərilməsi təmin edilib.

 

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə digər sosial xidmətlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də göstərilir.

 

164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı Mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.

 

Naxçıvan Regional DOST Mərkəzində də digər DOST mərkəzlərində olduğu kimi,  vətəndaşlara xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir. Bu da Mərkəzin harada qeydiyyatda olmalarından asılı olmayaraq hər bir vətəndaş üçün ən yaxın, ən əlçatan və  çevik sosial xidmətlərin ünvanı olduğunu bir daha təsdiq edir.

 

Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələri də yaradılacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR