Bankdan borc almaq istəyənləri nə gözləyir?

Azərbaycanda kredit bazarında son dövrlərdə həm kreditləşmənin həcmi, həm də bankların kredit siyasəti baxımından müəyyən dəyişikliklər müşahidə olunur. 2026-cı ilin ilk yarısında bank sektorunda kreditləşmənin artımı davam edib və qarşıdakı dövr üçün kredit bazarının inkişafı ilə bağlı gözləntilər də aktuallığını qoruyur.

Mərkəzi Bankın pul siyasəti, kredit faizləri, əhalinin və biznesin maliyyə vəsaitlərinə tələbi, eləcə də bankların risk qiymətləndirmə yanaşmaları kredit bazarına təsir edən əsas amillər sırasında yer alır. Hazırkı gözləntilərə görə, kredit faizlərində kəskin dəyişiklik ehtimalı yüksək deyil.

Bəs kredit bazarında son dövrlərdə hansı əsas dəyişikliklər müşahidə olunur? Qarşıdakı aylarda kreditlərə tələbin artması, yoxsa azalması gözlənilir və bankların kredit siyasətində hansı dəyişikliklər baş verə bilər?

Ölkə.az xəbər verir ki, demokrat.az-a bu barədə açıqlama verən Ruslan Atakişiyev söyləyib ki, kredit bazarında yaxın dövrdə bir sıra dəyişikliklərin baş verəcəyi gözlənilir.

Onun sözlərinə görə, xüsusilə kredit xidmətlərinin rəqəmsallaşdırılması, daha çox əməliyyatın elektron formada həyata keçirilməsi və kreditlərin verilməsi prosesində elektron xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlərin aparılması ön plana çıxır:

“Bununla yanaşı, bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının artırılması da kredit bazarının inkişafı baxımından əhəmiyyətlidir.

Digər tərəfdən, bazarda kreditə olan tələbin yüksək olması da diqqət çəkən əsas məqamlardan biridir. Əslində, əhalinin kreditə tələbi əvvəlki dövrlərdə də kifayət qədər yüksək olub. Lakin burada əsas məsələ kreditə artan tələbin düzgün və effektiv şəkildə qarşılanmasıdır. Yəni kredit siyasəti elə qurulmalıdır ki, artan tələbatı nəzərə alaraq vətəndaşlara daha əlçatan, şəffaf və keyfiyyətli maliyyə xidmətləri təqdim olunsun.

Bu baxımdan kreditləşmənin genişləndirilməsi ilə yanaşı, vətəndaşların maliyyə yükünün də nəzərə alınması vacibdir. Kredit götürən şəxsin gəliri, ödəmə qabiliyyəti və mövcud borc öhdəlikləri qiymətləndirilməli, kreditləşmə prosesi yalnız kreditə olan tələbin qarşılanmasına deyil, həm də maliyyə risklərinin minimuma endirilməsinə xidmət etməlidir. Rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi isə bu prosesin daha sürətli, şəffaf və rahat həyata keçirilməsinə imkan verə bilər”, - deyə Ruslan Atakişiyev fikrini tamamlayıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR