“YouTube” baxışın hesablanmasını dəyişdi

"YouTube" platforması uzun videolar, "Shorts"lar və canlı yayımlar üzrə ictimai baxış sayının hesablanması qaydasını yeniləyib.

Şirkət ötən il "Shorts" formatında tətbiq etdiyi yeni hesablama üsulunu platformadakı bütün video formatlarına şamil edəcək.

Yeni qaydaya əsasən, uzun və qısa videolar, eləcə də canlı yayımlar oynadılmağa və ya təkrar göstərilməyə başladığı andan baxış kimi qeydə alınacaq. İzləyicinin hansı izləmə üsulunu seçməsindən asılı olmayaraq, yayıma başladığı an ictimai baxış sayına əlavə ediləcək.

"YouTube" bildirib ki, dəyişiklik sənaye standartlarına uyğunlaşmaq və platformada videoların çatdığı real auditoriyanı daha düzgün göstərmək məqsədi daşıyır.

Yeni sistem kontent yaradıcılarının videolarının neçə nəfərə çatdığını daha aydın görməsinə imkan verə bilər. Bununla yanaşı, hesablanma üsulunun dəyişməsi bəzi kanallarda görünən baxış sayının artmasına səbəb ola bilər.(Lent.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR